1C Proqramlaşdırma Kursu | Dərs 15.1 | Родитель, ЭтоГруппа, iyerarxiya
1C kursunun 15-ci dərsinin birinci hissəsi: "Справочник" mövzusuna proqramçı gözü ilə dərindən baxırıq. Real tapşırıq: müdir hər mal üçün əlavə faizi əl ilə yazmaqdan yorulub, faiz qrupa görə olsun (Ərzaq 20%, Süd məhsulları 15%). Kalkulyatora "Qrup faizi" düyməsi əlavə edirik: proqram malın qrupunu tapır, qrupda faiz yoxdursa bir səviyyə yuxarı qalxır. Sonda 14-cü dərsin 5-ci ev tapşırığının cavabı: "Mal" sahəsində qrup seçimi. 📚 Kurs boyu sıfırdan "Kiçik mağaza" proqramını özümüz yığırıq — mallar, anbarlar, alış, satış, kassa, mühasibat, hesabatlar, çap formaları və istifadəçi hüquqları. Hər dərs əvvəlkinin üstünə qurulur. 🎯 Bu hissədə: • Qrup və element: qrup qovluqdur, element maldır • Standart rekvizitlər: Родитель, ЭтоГруппа, Владелец (platforma özü yaradır) • Родитель-in sinonimi "Qrup" (standart std474, bənd 1.5) • İyerarxiya növləri, "Размещать группы сверху", səviyyə limiti və platformanın imtinası • Rekvizitin "Использование" xassəsi: Для элемента / Для группы / Для группы и элемента • Yalnız qrupa aid rekvizit "Əlavə faizi" və qrup kartı • Kalkulyatorda "Qrup faizi": Пока dövrü ilə Родитель zənciri boyunca yuxarı • Nöqtə ilə rekvizit oxumaq bazaya müraciətdir: nə vaxt problem deyil, nə vaxt sorğu lazımdır • Sahənin "Выбор групп и элементов" xassəsi: qrup seçməyə icazə • Qrupa qiymət yazanda xəta, jurnalda səbəb, ЭтоГруппа yoxlaması ilə düzəliş • İki səhv nümunəsi: Родитель sətri unudulub (sonsuz dövr) və bir səviyyəli variant ⏱ Fəsillər: 00:00 Giriş: təkrar, real tapşırıq, qrup və element 01:42 Standart rekvizitlər: Родитель, ЭтоГруппа 02:56 İyerarxiya növləri və səviyyə limiti 04:10 Yalnız qrupa aid rekvizit: Əlavə faizi 05:21 Qrup kartı və qruplara faiz 07:00 Kalkulyatorda "Qrup faizi": klient hissə 09:18 Server funksiyası: Родитель zənciri 11:37 Yoxlama: 20, 15 və kökdəki mal 13:35 Ev tapşırığı 5: Выбор групп и элементов 14:39 Qrup seçimi canlı: hesablama işləyir, yazma yox 16:12 Jurnalda səbəb 17:06 Düzəliş: ЭтоГруппа yoxlaması 19:02 Xülasə 19:53 İki səhv nümunəsi 20:49 Ev tapşırığı və növbəti hissə 📝 Ev tapşırığı: 1) Kontragentlər üçün iyerarxiya açın, iki qrup yaradın: Təchizatçılar və Alıcılar. Mövcud kontragentlərə nə oldu? 2) Süd məhsulları qrupunda faizi silin. Süd üçün "Qrup faizi" nə qaytaracaq? Əvvəl proqnoz edin, sonra yoxlayın. 3) Əlavə faiz 100-dən böyük olmasın. Bunu kodsuz, rekvizitin xassəsi ilə edin. Hansı xassədir? 4) Nomenklaturanın ПередЗаписью prosedurunun əvvəlinə ЭтоГруппа yoxlaması əlavə edin (qrupun artikulu olmur). 5) Qrup seçiləndə "Qrup faizi" düzgün işləyir. Niyə? Funksiyanın birinci sətrinə baxın. ▶️ Növbəti: Dərs 15.2 — malı artikulla tapmaq, aktiv olmayan anbarı seçimdən gizlətmək və məcburi sahələr.
Название:
1C Proqramlaşdırma Kursu | Dərs 15.1 | Родитель, ЭтоГруппа, iyerarxiya
Категория:
Разное