1C Proqramlaşdırma Kursu | Dərs 12.1 | Справочники, ПолучитьОбъект, Записать
1C kursunun 12-ci dərsinin birinci hissəsi: tətbiqi tiplər. Konfiqurasiyada sorğu kitabçası və ya sənəd yaradanda platforma onun üçün yeni tiplər yaradır: menecer, istinad (ссылка), obyekt və seçmə. Bazadakı malları kodla oxuyuruq, tapırıq və dəyişirik. Real işdə tez-tez rast gəlinən üç tələni canlı görürük və düzəldirik. Hər kod parçası işə salınır və nəticəsi göstərilir. 📚 Kurs boyu sıfırdan "Kiçik mağaza" proqramını özümüz yığırıq — mallar, anbarlar, alış, satış, kassa, mühasibat, hesabatlar, çap formaları və istifadəçi hüquqları. Hər dərs əvvəlkinin üstünə qurulur. 🎯 Bu hissədə: • Справочник-in standart rekvizitləri: Ссылка, Код, Наименование, Родитель, ЭтоГруппа, ПометкаУдаления • Sintaks-pomoşnik: СправочникМенеджер — metodlar və «Доступность» (nazik klientdə yoxdur) • Yeni server ümumi modulu (Сервер + Вызов сервера) • Выбрать() + Следующий(): bütün mallar, qrupları keçmək (ЭтоГруппа, Продолжить) • НайтиПоКоду, НайтиПоРеквизиту, НайтиПоНаименованию; Родитель.Родитель zənciri • Tələ: НайтиПоНаименованию adın başlanğıcına görə axtarır; tam uyğunluq — Истина • Tələ: tapılmayanda boş istinad qaytarılır, Неопределено yox → «Qiymət: 0» xətasız; düzgün yoxlama Пустая() • Tələ: istinada yazmaq → «Поле объекта недоступно для записи»; düzgün yol ПолучитьОбъект() + Записать() • Nəticəni istifadəçi rejimində yoxlamaq • Sənədlər: Документы.MalDaxilolmasi.Выбрать(), cədvəl hissəsi üzərində Для Каждого ⏱ Fəsillər: 00:00 Giriş: tətbiqi tiplər və anbar misalı 01:37 Standart rekvizitlər və Sintaks-pomoşnik 04:05 Yeni server modulu, Выбрать() + Следующий() 07:38 НайтиПоКоду, Родитель zənciri, НайтиПоРеквизиту 10:29 НайтиПоНаименованию və boş istinad tələsi 13:59 İstinada yazmaq — xəta 14:40 Niyə? Ссылка və Объект 16:06 ПолучитьОбъект() + Записать() 17:55 Sənədlər və cədvəl hissəsi 19:42 Xülasə və ev tapşırığı 📝 Ev tapşırığı: 1) Bütün anbarların adlarını bir mesajda çıxarın 2) Kontragentler sorğu kitabçasındakı hər kontragentin adını və telefonunu çıxarın 3) НайтиПоКоду ilə Ərzaq qrupunu tapın və onun ЭтоГруппа rekvizitini çıxarın 4) Çörəyin qiymətini kodla 0,9 edin və siyahıda yoxlayın 5) Hər sənəd üçün cəmi miqdarı hesablayın: cədvəl hissəsini gəzib miqdarları toplayın ▶️ Növbəti hissə: Dərs 12.2 — klient və server: nazik və qalın klient, &НаКлиенте / &НаСервере, ТекущаяДатаСеанса.
Название:
1C Proqramlaşdırma Kursu | Dərs 12.1 | Справочники, ПолучитьОбъект, Записать
Категория:
Разное